TapBala
Uşaqlar TapBala-da labirintdən çıxış yolu axtarır, cütləri tapır və naxışları tamamlayırlar. 3–8 yaş üçün 13 zəka oyunu bir tətbiqdədir.
- 13 oyun
- 3–8 yaş
- 6 dil
- iOS · Android
Müstəqil studiya
TapPixelLab-da mobil oyunlar və gündəlik istifadə üçün tətbiqlər hazırlayıram. Layihələrimi burada paylaşıram.
whoami
Azad Səmədov · Təsisçi və proqramçı
ls oyunlar/
TapBala/növbəti-oyun/ (hazırlanır)
cat tapbala/status
Tezliklə · App Store · Google Play
cat values
sadə · təhlükəsiz · dürüst
Studiya
Mobil oyunlar və gündəlik həyatı asanlaşdıran tətbiqlər hazırlayıram — ideyadan mağazaya qədər.
Məqsədim hər layihədə eynidir: sadə, sürətli və etibarlı olsun.
Qaydası sadə, oynanışı maraqlı oyunlar — müxtəlif yaşlar üçün.
Bir işi tez və rahat həll edən, lazımsız heç nə olmayan tətbiqlər.
Layihələrimi bir neçə dildə hazırlayıram ki, hər kəs öz dilində istifadə edə bilsin.
Necə işləyirəm
Hər layihə kiçik bir sınaqla başlayır: ideya işləyirsə, davam edirəm.
Aydın ekranlar, böyük düymələr və ilk baxışdan başa düşülən addımlar.
Hər ekranı və düyməni dəfələrlə yoxlayır, rahat olana qədər dəqiqləşdirirəm.
Hazır olanda App Store və Google Play-də. Sonra rəylərə görə yeniləyirəm.
Portfolio
Uşaqlar TapBala-da labirintdən çıxış yolu axtarır, cütləri tapır və naxışları tamamlayırlar. 3–8 yaş üçün 13 zəka oyunu bir tətbiqdədir.
Yeni layihə üzərində işləyirəm. Hazır olanda burada elan edəcəyəm.
Prinsiplər
Hər ekran ilk baxışdan aydındır: lazımsız düymə və qarışıq menyu yoxdur.
Yalnız tətbiqin işləməsi üçün lazım olan məlumatdan istifadə edirəm, bunu açıq yazıram və şəxsi məlumat satmıram.
Qiymət əvvəlcədən aydındır: gizli abunə və aldadıcı düymə yoxdur.
Uşaq tətbiqlərində reklam və çat olmur, alış isə yalnız valideyn yoxlamasından sonra açılır.
Adi telefonlarda da tez açılır, batareyanı və interneti boş yerə xərcləmir.
Tətbiqlərimi bir neçə dildə hazırlayıram ki, daha çox insan onlardan öz dilində istifadə etsin.
Əlaqə
Oyunlarım, tətbiqlərim və ya birgə layihə barədə mənə yaza bilərsən.
Oyunla bağlı sual və ya xəta? Hər oyunun öz dəstək səhifəsi var: TapBala dəstəyi